"Məktəblərdə hərbi rəhbərlər sertifikasiya imtahanı verməyəcək" - Agentlik

 "Məktəblərdə hərbi rəhbərlər sertifikasiya imtahanı verməyəcək" -  Agentlik
  06 Mart 2024    Oxunub:1630
"Azərbaycanda məktəblərdə hərbi rəhbərlərin sertifikasiya imtahanında iştirakı planlaşdırılırmır".
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, məktəblərə təzə qəbul olunan hərbi rəhbərlər diaqnostik imtahanlara cəlb edilir:

"Bu ilin fevral ayından yeni qəbul olunan 200-ə yaxın hərbi rəhbərlərin əməkhaqqılarında artım baş verib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti