Dələduzluq edən qadının işi məhkəməyə göndərilib

Dələduzluq edən qadının işi məhkəməyə göndərilib
  12 Mart 2024    Oxunub:762
Quliyeva Sənubər Əbülfəz qızının vətəndaşların pulunu ələ keçirməsi faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, aparılmış ibtidai istintaqla Sənubər Quliyevanın müxtəlif şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında ayrı-ayrı vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil verəcəyinə dair yalan vəd verməklə onlara məxsus pul vəsaitini təkrarən ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Sənubər Quliyevaya Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti