Hikmət Hacıyev Çin rəsmisilə görüşüb

   Hikmət Hacıyev Çin rəsmisilə görüşüb
  18 Mart 2024    Oxunub:1138
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Çinə səfəri çərçivəsində bu ölkənin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə görüşüb.
AzVision.az xəbər verir ki, H.Hacıyev bununla bağlı "X"dəki hesabında paylaşım edib. Görüşdə COP29-la əlaqədar qarşıda duran məsələlərlə bağlı, iqlim ədaləti, ümumi, lakin fərqli məsuliyyətlər konsepsiyası və Qlobal Cənub ölkələrinin iqlim fəaliyyətinə və yaşıl keçidə baxışları ilə əlaqədar geniş müzakirələr aparılıb.

Azərbaycanda yaşıl keçid proqramı çərçivəsində Çin şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti