Goranboyda fermanı qəsdən yandıranlar ələ keçdi

Goranboyda fermanı qəsdən yandıranlar ələ keçdi
  21 Mart 2024    Oxunub:1099
Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər sakini Məmmədpur Bəhruzun sifarişi əsasında həmyerliləri Allahverdiyev Cavid və Vəliyev Erik tərəfindən qəsdən törədildiyi məlum olub. B.Məmmədpur, C.Allahverdiyev və E.Vəliyev saxlanılaraq istintaqa təhvil veriliblər. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti