"Qarabağ"ın kapitanı: "Qurban Qurbanovdan heç vaxt qorxmamışam"
34 yaşlı müdafiəçi 2008-ci ildə Qurbanovun Ağdam təmsilçisinə gəlişini xatırlayıb: "Mən gənc və ehtiyatsız idim. O, "Qarabağ"a gələndə ilk addımlarımızı birlikdə atdıq. Çünki məşqçilik karyerasına yeni başlamışdı. Yaxşı və pis vaxtlarımız olub. Amma həmişə birlikdə olmuşuq. Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş hesab edirəm. Başa düşürdü ki, qanım qaynayır, meydanda və meydandan kənarda çox səhvlər etdim. Həm də bəzi problemlərim olanda belə, həmişə onunla məsləhətləşmişəm".
Medvedevin sözlərinə görə, Qurban Qurbanov həmişə onun problemlərinin həllini tapmağa çalışıb: "Çünki o, özümü meydanda nə qədər çətinə saldığımı və uduzmağı sevmədiyimi başa düşürdü. Demək olar ki, bütün karyeramızı birlikdə yaşayırıq və nailiyyətlərimizi birlikdə əldə edirik".
Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"ın əsas komandasındadır.
AzVision.az
Teqlər: