Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq
  06 Aprel 2025    Oxunub:534
Özbəkistanın paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında görüş olub. Bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı parlament sədrləri regional inkişaf, qlobal problemlər, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Müzakirələr zamanı tərəflər yaxın vaxtlarda parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər.

Qonşu ölkələrin rəsmiləri Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə də razılaşıblar. Numan Kurtulmuş Şalva Papuaşvilini Türkiyəyə səfərə dəvət edib. Gürcüstan parlamentinin sədri dəvətə görə, eləcə də ölkəsinin suverenliyinə, ərazi bütövlüyünə davamlı dəstəyə görə Türkiyəyə təşəkkür edib.

AzVision.az




Teqlər:





Xəbər lenti