Yaponiyanın Xilasetmə Xidmətinin helikopteri Yapon dənizində itdi

AzVision.az "Kyodonews" saytına istinadən xəbər verir ki, helikopterlə əlaqə onun eniş etməli olduğu Tsuşima aeroportundan 10 kilometr aralıda itib.
Helikopterdə olan altı nəfər artıq tapılıb. Onlardan üçü pilot, mexanik və tibb bacısı xəstəxanaya yerləşdirilib, digər üç nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunur ki, Naqasaki prefekturasındakı Tsuşima hava limanından havaya qalxan helikopter 86 yaşlı xəstə qadını Fukuokadakı xəstəxanaya çatdırmaq üçün yola düşübmüş. Sahil mühafizəsinin məlumatına görə, sonradan xəstənin öldüyü təsdiqlənib, onun 68 yaşlı kişi müşaiyətçisi və 34 yaşlı həkimində də həyati əlamətlər aşkar edilməyib.
Röya Əliyeva
AzVision.az
Teqlər: