"SpaceX" 28 "Starlink" peykini orbitə çıxarıb

Təxminən bir saat sonra, peyklər raketin ikinci mərhələsindən ayrılaraq uğurla orbitə daxil olublar.
Qeyd edək ki, bu missiya çərçivəsində istifadə olunan “Falcon 9” raketinin birinci mərhələsi artıq 19-cu dəfə istifadə olunurdu. O, bu dəfə də uğurla ayrılaraq Atlantik okeanında yerləşən “Just Read the Instructions” adlı pilotsuz platformaya şaquli eniş edib.
“Starlink” layihəsi yüksək sürətli interneti dünyanın ən ucqar nöqtələrinə çatdırmaq məqsədi daşıyır və artıq on minlərlə peykdən ibarət sistem formalaşdırılır.
AzVision.az
Teqlər: