AFFA pulları hara xərcləyib ? - Hesabat

   AFFA pulları hara xərcləyib ? -    Hesabat
  02 Aprel 2024    Oxunub:1621
“2023-cü ildə baş sponsor SOCAR olmaqla, FİFA, UEFA və digər təşkilarldan AFFA-ya daxil olan ümumi məbləğ 35 milyon 617 min 445 AZN təşkil edib. Bu məbləğin 36 faizi xarici mənbələr hesabına formalaşıb”.
AzVision.az xəbər verir ki, bu sözləri AFFA-nın Hesabat-Seçki Konfransında çıxışı zamanı AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəhbəri Xalid Cavadov deyib.

O, dövlət tərəfindən klublara ayrılan maliyyə vəsaitini də açıqlayıb: “Futbolun inkişafı üçün dövlət tərəfindən ötən mövsüm 38 milyon, bu mövsüm isə 39 milyon vəsait ayrılıb. Bu məbləğin təyinatı üzrə xərclənməsinə 6 nəfərdən ibarət yoxlama və təftiş komissiyası nəzarət edib”.

X.Cavadov xərclər haqda bunları söyləyib: “Xərclərə gəldikdə isə bu məbləğ 27 milyon 957 min 622 AZN təşkil edir. Bura milli komandalar başda olmaqla, müxtəlif yaş qrupları üzrə komandaların əmək haqları, ezamiyyə xərcləri, aşağı liqaların keçirilməsi və s. daxildir”.

AzVision.az


Teqlər:





Xəbər lenti