Ronaldonun çarpayısı hərraca çıxarılacaq
Ronaldo martın 26-da Portuqaliya millisinin heyətində Sloveniya ilə yoxlama oyunu üçün ölkənin paytaxtı Lyublyanada olub. Komanda "Grand Plaza" otelində qalıb. Otelin nümayəndəsi təsdiqləyib ki, Ronaldonun yatdığı çarpayı xeyriyyə məqsədilə hərraca çıxarılacaq. Başlanğıc qiymətinin 5 min avrodan bir qədər çox olacağı bildirilir.
Qeyd edək ki, Sloveniya millisi Portuqaliyaya 2:0 hesabı ilə qalib gəlib. Ronaldo meydana start heyətdə çıxıb və sonadək oynayıb.
AzVision.az
Teqlər: