5 aydan sonra meydana çıxdı

   5 aydan sonra meydana çıxdı
  21 Aprel 2024    Oxunub:1119
Uzun müddətdir ağır zədə səbəbindən oynamayan "Səbail"in kapitanı Ağabala Ramazanov yaşıl meydanlara qayıdıb.
AzVision.az xəbər verir ki, o, Misli Premyer Liqasının 31-ci turunda bu gün "Araz-Naxçıvan"la keçirilən matçın 90+4-cü dəqiqəsində meydana daxil olub. Ramazanov oyuna qoruyucu maskada çıxıb.

Oyun "Səbail"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Ağabala Ramazanov ötən ilin noyabr ayında “Turan Tovuz"a qarşı matçda rəqib futbolçusu ilə toqquşmadan sonra yerdə qalıb. Huşunu itirən futbolçu daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
AzVision.az


Teqlər:





Xəbər lenti