“Zeytun bağları” ekoloji layihələrə dəstəyini davam etdirir - FOTOLAR
18 İyul 2024
Oxunub:1205
“Zeytun bağları” markası ənənəsinə sadiq qalaraq növbəti ekoloji layihəsini həyata keçirib. Bu dəfə Xəzər dənizinin Hövsan sahilində təmizlik aksiyası reallaşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə baş tutan aksiyaya “Zeytun bağları” markasının, Bakı Qida və Yağ fabrikinin əməkdaşları və ekokönüllülər qatılıb. 100-dən artıq nümayəndənin iştirakı ilə keçirilən layihə çərçivəsində sahil zolağı ərazisi 1.2 tondan artıq tullantıdan təmizlənib.
Qeyd edək ki, “Zeytun bağları” markası ölkəmizdə keçirilən bir çox ekoloji layihələrə öz dəstəyini göstərir. Adıçəkilən marka mütəmadi olaraq ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən yerli və beynəlxalq layihələrdə yaxından iştirak edir. AzVision.az