Azərbaycan ABŞ-yə məhsul ixracını artırıb

Azərbaycan ABŞ-yə məhsul ixracını artırıb
  27 İyul 2024    Oxunub:1583
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi 184,1 milyon ABŞ dolları (73%) artaraq 436,5 milyon ABŞ dollarını üstələyib.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a verilən məlumata görə, ilin ilk 6 ayında Azərbaycandan ABŞ-yə 164,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin göstəricisindən 159,3 milyon ABŞ dolları (31,8 dəfə) çoxdur.

ABŞ-dən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 24,8 milyon ABŞ dolları (10,1%) artaraq 272 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 2% təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,04 % çoxdur.

AzVision.az


Teqlər: Azərbaycan   ABŞ   iqtisadiyyat  





Xəbər lenti