SOCAR il üzrə II rübün göstəricilərini açıqlayıb

SOCAR il üzrə II rübün göstəricilərini açıqlayıb
  13 Avqust 2024    Oxunub:1081
Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21,6 min metr 1 qazma işləri həyata keçirilib. Qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7% artıb.
AzVision.az xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton 2 neft, 1,8 milyard kubmetr 3 qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2023-cü illə müqayisədə təxminən 5,2% artaraq, ikinci rüb üzrə 12,5 milyard kubmetr 4 təşkil edib. Ümumilikdə isə, cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton 5 xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4,2 milyon ton 6 təşkil edib. Buraya şirkətin öz imkanları ilə
çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 9,2% artaraq 6,2 milyard kubmetr 7 olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 2,3 milyard kubmetr 8 təşkil edib.

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan 9 çox neft, 862 milyon kubmetrdən 10 çox qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 659 min tondan 11 çox neft, neft-kimya və qaz-kimyaməhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 8% artıb.

AzVision.az


Teqlər: SOCAR  





Xəbər lenti