“Neftçi” rəhbərliyində istefa

“Neftçi” rəhbərliyində istefa
  18 Sentyabr 2024    Oxunub:1090
“Neftçi” ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib
AzVision.az xəbər verir ki, 2023-cü ilin sentyabrından klubda çalışan Anderssonla yollar rəsmən ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə qələbə üzünə həsrət qalıb. Komanda 6 oyundan sonra 4 xalla turnir cədvəlində 9-cu pillədədir.

AzVision.az



Teqlər:





Xəbər lenti