İrəvan Teatr və Kino İnstitutunun bir hissəsi Fransa İnstitutuna verildi

İrəvan Teatr və Kino İnstitutunun bir hissəsi Fransa İnstitutuna verildi
  26 Sentyabr 2024    Oxunub:854
İrəvan Dövlət Teatr və Kino İnstitutunun birinci mərtəbəsi 10 il müddətinə Fransa İnstitutuna veriləcək.
Bu barədə qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib.
Qeyd olunub ki, Ermənistanın Fransa İnstitutunda təhsil alan tələbələrinin sayı sürətlə artır. Hazırkı bina isə onların ali təhsil ocağına qəbulu üçün qənaətbəxş şərait yaratmır.

"Fransa-Ermənistan əməkdaşlığının bu böyük layihəsini inkişaf etdirmək və erməni gənclərinin təhsil ehtiyaclarını ödəmək üçün yeni, daha geniş və daha yaxşı uyğunlaşdırılmış ərazi lazımdır", - qərarın əsaslandırmasında deyilir.

Məlumata görə, təklifi Ermənistan Təhsil və Elm Nazirliyi irəli sürüb. Fransızlara veriləcək ərazinin ümumi sahəsi isə 546,8 kv.m. olacaq. Bundan başqa institut binanı10 il müddətinə pulsuz istifadə edəcək.

Bəzi saytlar "daha yaxşı uyğunlaşdırılmış ərazi" məsələsinin uydurma səbəb olduğunu yazır. Görülən tədbirlərdə əsas məqsəd ölkədə Fransa dili, mədəniyyəti və təhsilinə daha çox yer ayrılmasıdır. İddia olunur ki, rəsmi İrəvan Rusiya amilindən uzaqlaşır və Qərb dəyərlərini ölkəyə daha sıx şəkildə daşımağa çalışır.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti