AzVision.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlki illərdə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında nümayişlər təşkil olunmuşdu. Cari ilin iyul ayında “Şirvan kino günləri” layihəsi baş tutdu. Ənənənin davamı olaraq, AKİ cari ilin oktyabrında Muğanda müasir filmlərimizin nümayişlərini həyata keçirir. Nümayişlərdə bir qayda olaraq, müstəqil kinematoqrafçıların ərsəyə gətirdiyi filmlərlə yanaşı, dövlət sifarişi ilə çəkilmiş filmlər də tamaşaçılara təqdim olunacaq.
Beyləqan, İmişli, Sabirabad və Saatlıda nümayiş olunacaq filmlərin adları, tarixi və vaxtı barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.
AzVision.az