"Delimitasiyanın növbəti mərhələsi ilə bağlı qərar verilməyib" - Qriqoryan

"Delimitasiyanın növbəti mərhələsi ilə bağlı qərar verilməyib"    - Qriqoryan
  27 Sentyabr 2024    Oxunub:1258
"Sərhədlərin delimitasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələlik qəbul edilməyib".
AzVision.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Yerablur hərbi panteonuna səfəri zamanı deyib.
O qeyd edib ki, hazırda növbəti delimitasiya prosesi ilə bağlı konkret qərar yoxdur: "Biz reqlamentləri təsdiqləmək üçün ölkədaxili prosedurları tamamlamalıyıq".

Jurnalistlər təxribat xarakterli sual da ünvanlayıblar. İddia olunub ki, guya Azərbaycan qoşunun ərazisini zəbt edib. Qriqoryan azərbaycan hərbçilərinin Ermənistan "işğal olunmuş" sərhəd ərazilərindən çıxarılmasının müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb. O, hazırki prosesin məqsədinin “məsələlərin sakit və fundamental həlli” olduğunu bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti