Səudiyyə Ərəbistanının işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssislər və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.
“Kingdom Business & Luxury Travel Congress” tədbirində iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin ölkə tərəfindən tədqiqat fəaliyyətləri genişləndirmək kimi məsələlər daxildir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Səudiyyə Ərəbistanından Azərbaycana ümumilikdə 76 861 nəfər səfər edib ki, bu da 2023-cu ilin eyni dövrü ilə müqayisədə 31%-dan çox artımdır.
AzVision.az