Son iki həftədə 3611 Qarabağ ermənisi Ermənistan vətəndaşı olub

Son iki həftədə    3611    Qarabağ ermənisi Ermənistan vətəndaşı olub
  28 Oktyabr 2024    Oxunub:739
"Ermənistan vətəndaşlığını qəbul edən Qarabağ ermənilərinin sayı son iki həftə ərzində xeyli artıb".
Bunu Ermənistanın daxili işlər nazirinin müavini Arpine Sarkisyan parlamentdə çıxışı zamanı deyib.

Oktyabrın 28-nə olan məlumata görə, Dağlıq Qarabağdan olan 3611 köçkün Ermənistan vətəndaşlığını qəbul edib. Oktyabrın 10-da isə vətəndaşlıq üçün müraciət edənlərin sayı 3409 nəfər olub.

Ermənistan 113 635 nəfər köçkünə müvəqqəti yaşamaq üçün şəhadətnamə verildiyini iddia edir. Bildirilir ki, hazırda 99 091 nəfər qeydiyyatdadır.

Qeyd edək ki, Azərbaycan bu rəqəmləri şişirdilmiş statistika sayır.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti