Putin adına XTQ Universitetinə PUA hücumu olub - FOTO

 Putin adına XTQ Universitetinə PUA hücumu olub  - FOTO
  29 Oktyabr 2024    Oxunub:1000
Çeçenistanın Qudermes şəhərində pilotsuz təyyarə Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin (RUS) ərazisindəki binaya hücum edib.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında məlumat yayıb.
O qeyd edib ki, hücumdan sonra binanın damında yanğın başlayıb. Xəsarət alan olmayıb, yanğın söndürülüb.

İstintaq orqanları hadisə ilə bağlı araşdırmalara və məlum cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsinə başlayıb. Qeyd edilib ki, insident universitetin fəaliyyətinə təsir etməyib.

Qeyd edək ki, RUS-u Ramzan Kadırovun oğlu Adam Kadırov bu ilin aprel ayından kurasiya edir. Çeçenistan prezidenti oğlunu bu vəzifəyə təyin etmək qərarına universitetin rəhbəri Baybetar Vayxanovun müraciəti ilə gəldiyini bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çeçenistan  





Xəbər lenti