Tayvan ABŞ-dən min ədəd hücumçu dron alacaq

Tayvan ABŞ-dən min ədəd    hücumçu dron    alacaq
  29 Oktyabr 2024    Oxunub:732
Tayvan adasının administrasiyası ABŞ-dən “AeroVironment” və “Anduril Industries” şirkətlərinin istehsal etdiyi pilotsuz hücum təyyarələri almaq niyyətindədir.
AzVision.az xəbər verir ki, mənbəyə istinad edən “Bloomberg” agentliyi Tayvan adasındakı hakimiyyətin 1000 ədəd elə PUA almaq üçün artıq rəsmi saziş imzaladığını iddia edir. Agentlik yazır ki, dronların alışı Tayvana “Çinin potensial hücumunun qarşısını almağa” kömək etməlidir.

Mənbələrin ötürdüyü məlumata görə, Tayvanın Müdafiə nazirliyi sentyabrın sonunda “təklif və qəbul məktubu” imzalayıb. Bu, alınan dronların miqdarı, dollar dəyəri və çatdırılma tarixlərini bildirən, müqavilə bağlanmazdan əvvəl imzalanan bir sənəddir. Agentliyin həmsöhbətləri rəsmi olaraq müqavilələrin yaxın gələcəkdə imzalana biləcəyini vurğulayıblar. Amma ABŞ-nin Dövlət departamenti bu xəbəri şərh etməkdən boyun qaçırıb.

ABŞ Tayvanı silahlandırır
Qeyd edək ki, Çin müntəzəm şəkildə Vaşinqtonu Tayvanı dəstəklədiyinə görə tənqid edir. İyun ayında Birləşmiş Ştatlar Tayvana 300 milyon dollarlıq mümkün PUA satışını təsdiqlədikdən sonra Çinin Müdafiə nazirliyi tərəfləri “hərbi sui-qəsdi” dayandırmağa çağırdı. Buna rəğmən, ötən ay ABŞ Tayvana 567 milyon dollar hərbi yardım ayırdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Tayvan   dronlar  





Xəbər lenti