Lavrov: "ABŞ Yaxın Şərq probleminin həlli istiqamətində istənilən səyi əngəlləyir"

   Lavrov:    "ABŞ Yaxın Şərq probleminin həlli istiqamətində istənilən səyi əngəlləyir"
  31 Oktyabr 2024    Oxunub:986
"ABŞ-nin Yaxın Şərqdəki siyasəti regionu böyük bir müharibənin astanasına gətirib çıxarıb. Vaşinqton münaqişənin həlli istiqamətində istənilən cəhdləri əngəlləyir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransının plenar iclasında deyib.

Zelenski Qərbi məxfi məqamları açmaqda ittiham edib
O qeyd edib ki, Avrasiyanın Yaxın Şərq hissəsində vəziyyət daha da kəskin şəkildə inkişaf edir.

"ABŞ-nin İranın nüvə proqramına dair BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş sazişlərdən birtərəfli qaydada çıxması və Vaşinqtonun ərəb-İsrail nizamlama prosesini inhisara almaqda israrlı olması fəlakətli nəticələr ortaya qoydu. Bu siyasət strateji əhəmiyyətli regionu tam sabitliyin pozulması və böyük müharibə həddinə çatdırdı. ABŞ prezidenti Cozef Bayden administrasiyası Fələstin xalqının faciəsinə son qoymaq üçün istənilən səyləri əngəlləyir",- siyasətçi vurğulayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov   ABŞ  





Xəbər lenti