COP29 I - Rəsmilər Bakıya gəlirlər

      COP29 I    - Rəsmilər Bakıya gəlirlər
  12 Noyabr 2024    Oxunub:572
Ruanda Respublikasının prezidenti Pol Kaqame noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflərш Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və rəsmi şəxslər qarşılayıblar.

Çin Xalq Respublikasının Baş nazirinin müavini Din Süesyan BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflərш Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və rəsmi şəxslər qarşılayıblar.

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və rəsmi şəxslər qarşılayıblar.

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Emi Poup noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

Sudan Respublikasının Suverenlik Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaq rəsmi şəxslər tərəfindən qarşılanıb.

AzVision.az



Teqlər: COP29   Bakı  





Xəbər lenti