Rusiya Afrikanın miyardlarla dollar borcunu silib

Rusiya Afrikanın miyardlarla dollar borcunu silib
  13 Noyabr 2024    Oxunub:663
Rusiya artıq Afrika dövlətlərinə 20 milyard dollarlıq borcu bağışlayıb.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Mixail Boqdanov “TASS” agentliyinə açıqlamasında belə deyib.

“Təxminən 20 milyard dollar silindi. İndi borcları inkişaf layihələrinə yönəltmək üçün yenidən maliyyələşdirmə proqramımız var. Bu vəsaitlər Afrika ölkələrində sosial-iqtisadi layihələrin həyata keçirilməsi üçün istifadə edilir”, - rusiyalı məmur bildirib.

Xatırladaq ki, ötən ilin yayında Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinin 23 milyard dollarlıq borcunun silinəcəyini vəd etmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Afrika   borclar  





Xəbər lenti