Duda: "Tramp Rusiyanın Ukraynanı məhv etməsinə icazə verməyəcək"

      Duda:    "Tramp Rusiyanın Ukraynanı məhv etməsinə icazə verməyəcək"
  14 Noyabr 2024    Oxunub:813
Polşa prezidenti Anjey Duda Ukrayna münaqişəsi ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında deyib ki, Donald Tramp Rusiyanı Ukraynanı məhv etməsinə imkan verməyəcək.

Mariya Zaxarova : ABŞ və Aİ daha bir gərginlik mənbəyi yaratmaq istəyir
Siyasətçi xatırladıb ki, Birləşmiş Ştatlar bu illər ərzində nəhəng vəsaitlər, hərbi texnika və xüsusi maliyyə yardımları ilə Ukraynaya dəstək göstərib ki, bu da Kiyev üçün mühüm töhfə sayılır.

"Ayrılan nəhəng vəsaitlərə müəyyən mənadə hörmət etmək onun məsuliyyəti daxilindədir. Bu mənada mən prezident Donald Trampın Rusiyaya Ukraynanı məhv etməsinə icazə verəcəyini təsəvvür edə bilmirəm. Bu, həm də amerikalı vergi ödəyicilərinin pullarına hörmət məsələsidir”, - Duda qeyd edib.

Polşa prezidenti Amerika lideri ilə görüşündə Ukrayna məsələsi ətrafında danışıqları aparmağı da planlaşdırdığını söyləyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Polşa   Ukrayna  





Xəbər lenti