Yaponiya Ukraynaya 3 milyard dollar məbləğində maliyyə yardımı edib

   Yaponiya Ukraynaya 3 milyard dollar məbləğində maliyyə yardımı edib
  17 Noyabr 2024    Oxunub:459
Yaponiya G7-nin 50 milyard dollarlıq kredit təşəbbüsü çərçivəsində Ukraynaya 3 milyard dollar ayırıb. Bu məbləğ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ödəniləcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.

Yaponiyanın xarici işlər naziri Takeşi İvayey ilə görüşündə Zelenski vurğulayıb ki, yeni hökumətin təyinatından dərhal sonra yapon diplomatının xarici ölkəyə ilk səfərini Ukraynaya etməsi vacibdir.

“Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyə, habelə Yaponiyadan əhəmiyyətli maliyyə və humanitar yardıma, xüsusən də enerji sektorumuza yeni yardım sənədlər paketinin verilməsinə görə təşəkkür edirəm”, - deyə Zelenski yazıb.

Zelenski 3 milyard dollar yardımın ayırdığı üçün Yaponiya hökumətinə təşəkkürünü bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti