Braziliyanın birinci xanımı Maskı təhqir etdi

   Braziliyanın birinci xanımı Maskı təhqir etdi
  17 Noyabr 2024    Oxunub:608
Braziliyanın birinci xanımı Rosangela Lula da Silva G20 sammiti ərəfəsində amerikalı iş adamı İlon Maskı təhqir edib.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Birinci xanım sammit öncəsi tədbir zamanı dezinformasiya ilə mübarizə üçün sosial şəbəkələrin tənzimlənməsinin tərəfdarı olduğunu deyib. O, danışarkən gəminin fiti səslənib və o, zarafat edib: “Məncə, bu, İlon Maskdır”.

Həmçinin Lula da Silva amerikalı sahibkara qarşı nalayiq ifadələr işlədib.

Sahibkar “X “sosial şəbəkəsində onun sözlərinə gülən emoji ilə reaksiya verib.

AzVision.az



Teqlər:





Xəbər lenti