Xüsusi nümayəndə: Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır

      Xüsusi nümayəndə:    Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır
  08 Yanvar 2025    Oxunub:422
Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin qəbulu zamanı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.

Maqdalena Qrono ölkəmizin region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti