Gürcüstanda son iki həftədə bir neçə nəfər donuz qripindən ölüb

   Gürcüstanda son iki həftədə bir neçə nəfər donuz qripindən ölüb
  20 Yanvar 2025    Oxunub:432
Gürcüstanda son iki həftə ərzində bir neçə nəfər donuz qripindən dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.

Ermənistanda 2 nəfər donuz qripindən ölüb
Pasiyentlər H1N1 virusunun fəsadları ilə yanaşı digər xəstəliklərdən ölüblər, onların heç biri peyvənd olunmayıb. Telekanal bildirir ki, xəstələr əsasən qızdırma şikayətləri ilə xəstəxanaya müraciət edir. Lakin yüksək hərarət tibbi müalicəyə cavab vermir.

Həkimlər donuz qripinə qarşı antiviral müalicənin xəstəliyin ilk 72 saatında təsirli olduğunu qeyd edərək, insanları vaxtında həkimə müraciət etməyə çağırır.

Bundan əlavə, həkimlər yanvarın sonunda virusun pik həddə çatacağını gözləyirlər.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   donuzqripi  





Xəbər lenti