Komitə sədri İqdır valisi ilə görüşüb

Komitə sədri İqdır valisi ilə görüşüb
  20 Yanvar 2025    Oxunub:379
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə işgüzar səfəri çərçivəsində bazar ertəsi, yanvarın 20-də İqdır vilayətinin valisi Ercan Turan ilə görüşüb.
Müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin üzvləri, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və Qarsda “Qış təlimləri – 2025”də iştirak edən Azərbaycan hərbçiləri iştirak ediblər.

Görüş iştirakçıları Azərbaycanın və Türkiyənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin, o cümlədən Qanlı Yanvar qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

F.Muradov Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün regionun inkişafına töhfə verdiyini vurğulayaraq, qardaş ölkələrin maraqlarının dünyada təbliğində diaspor təşkilatlarının rolunu qeyd edib.

İki qardaş ölkə, o cümlədən sərhədyanı rayonlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti