Tacikistanda keçmiş nazir 27 il həbs cəzası aldı

Tacikistanda keçmiş nazir 27 il həbs cəzası aldı
  05 Fevral 2025    Oxunub:264
Tacikistanın Ali Məhkəməsi dövlət çevrilişinə cəhdlə bağlı hökm çıxarıb. Müttəhimlər, o cümlədən sabiq Xarici İşlər naziri Hamroxon Zərifi 18 ildən 27 ilə qədər həbs cəzasına məhkum ediliblər.
AzVision.az “Asia Plus” portalına istinadən xəbər verir ki, ən uzunmüddətli cəzanı - 27 il həbsi Xarici İşlər nazirliyinin keçmiş rəhbəri, habelə parlamentin keçmiş deputatı və Tacikistan Demokratik Partiyasının sədri Səidcəfər Usmonzoda alıb.

Məhkəmə Demokrat Partiyasının keçmiş sədr müavini, jurnalist Əhmədşoh Komilzodanı 18, Sosial-D emokrat Partiyasının sədr müavini, hüquqşünas Şokirjon Hakimovu 18, jurnalist və Şokirjon Hakimovun qardaşı qızı Ruxşona Hakimovanı 8 il müddətinə azadlıqdan məhrum edib.

Xatırlafaq ki, Taciksitanda məmurların həbsi keçən ilin iyunundan başlayıb.

“Hakimiyyət bu işlə bağlı rəsmi məlumat vermir və məhkəmə iclasları bağlı qapılar arxasında keçirilir. İddia olunur ki, müttəhimlərin əksəriyyəti Tacikistanın Cinayət Məcəlləsinin 305-ci (dövlətə xəyanət) və 306-cı (hakimiyyətin ələ keçirilməsi), bəziləri – 247-ci (dələduzluq) və 189-cu (milli, irqi, irqi və ya dini ədavətin qızışdırılması) maddələri ilə ittiham olururlar”, - “Asia Plus” portalı yazır.

Təqsirli olduqlarını rədd edən müttəhimlər məhkəmədən onlara bəraət hökmü çıxarılmasını istəyiblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tacikistan   həbslər   hökm  





Xəbər lenti