Daha bir təyyarə Qazaxıstanda sərt eniş etdi

Daha bir təyyarə Qazaxıstanda sərt eniş etdi
  05 Fevral 2025    Oxunub:329
Kukruznik adlanan “An-2” təyyarəsi fırtınalı və qarlı hava şəraiti səbəbindən Qazaxıstanın Kostanay əyalətinin Arkalık şəhərindən 1,5 kilometr aralıda sərt eniş edib.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in mətbuat xidməti məlumat yayıb.

Hadisə Kostanay–Arkalık reysini həyata keçirərkən yerli hava limanı yaxınlığında baş verib. Məlumata görə, təyyarənin göyərtəsində iki pilot və iki həkim olub.

Siqnal alandan sonra Kostanay əyalətinin Fövqəladə Hallar Departamentinin yanğınsöndürənləri və xilasediciləri dərhal hadisə yerinə göndəriliblər. Ekipaj üzvlərinin hamısı tez bir zamanda aşkar edilərək, Arkalık şəhərinə çatdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti