Nərimanov rayonundakı yanğın qısa müddətdə söndürülüb

Nərimanov rayonundakı yanğın qısa müddətdə söndürülüb
  15 Fevral 2025    Oxunub:884
Bu gün paytaxtın Nərimanov rayonundakı yaşayış binasında baş verən yanğın dəf edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatıan istinadən xəbər verir ki, nazirlik tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Məlumatda təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyə olunduğu bildirilib.

AzVision.az


Teqlər: FHN   yanğın   söndürülmə  





Xəbər lenti