Ceyhun Bayramov Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Hakan Fidanla görüşüb
  15 Fevral 2025    Oxunub:939
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxendə Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat yerləşdirilib.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik tərəfdaşlığının bir sıra aspektləri, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadiyyat, kommunikasiyalar, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəmdə olub.

Nazir regiondakı son vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə də məlumat verib.
AzVision.az


Teqlər:





Xəbər lenti