Azərbaycanda 58 kişi zorakılığa məruz qalıb

   Azərbaycanda 58 kişi zorakılığa məruz qalıb
  17 Fevral 2025    Oxunub:868
Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.
Bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib. Vurğulanıb ki, onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib:

"Bundan başqa, 137 evli, 140 subay, 53 boşanmış şəxsin Dövlət Komitəsinə müraciəti daxil olub. Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80-i 36-55, 28 nəfəri isə 56+ yaş aralığında olan şəxslərdir".

AzVision.az


Teqlər:





Xəbər lenti