İndoneziya Nümayəndələr Palatasının sədri Bakıda

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova indoneziyalı həmkarı ilə görüşüb. Görüşdə APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlament platforması olduğu qeyd edilərək Bakının ev sahibliyi ilə keçirilən 15-ci plenar sessiyada bir sıra vacib məsələlərin müzakirə olunacağı diqqətə çatdırılıb. Bu cür tədbirlərin ikitərəfli əlaqələrin müzakirəsi və genişləndirilməsi baxımından da əhəmiyyəti vurğulanıb.
Görüşdə parlamentlərarası qarşılıqlı fəaliyyətin iki dövlət arasında əlaqələrin inkişafına mühüm və müsbət təsir göstərdiyi qeyd edilərək qanunverici orqanların Parlamentlərarası İttifaq, İƏTPA, APA kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyi bildirilib.
AzVision.az
Teqlər: