Ərdoğan NATO-nun baş katibi ilə regional və qlobal məsələləri müzakirə edib

Məlumata əsasən, söhbət zamanı regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibənin sona çatması üçün əlindən gələni etdiyini və bundan sonra da üzərinə düşəni etməyə davam edəcəyini bildirib.
Dövlət başçısının sözlərinə görə, Ankara bir çox beynəlxalq təşkilatların, o cümlədən müharibə edən tərəflərin rəhbərləri və nümayəndələri ilə görüşlər keçirir.
Türkiyə prezidentinin sözlərinə görə, ədalətli və davamlı sülhə nail olmaq mümkündür.
Ərdoğan Türkiyənin regionda və dünyada müharibələrə son qoymağa çalışdığını və beynəlxalq ictimaiyyətin Türkiyənin müharibələrə son qoymaq və sülhü təmin etmək səylərinə dəstək verməsinin vacib olduğunu bildirib.
AzVision.az
Teqlər: