Zelenski Rusiya-ABŞ danışıqlarından sonra Ər-Riyada getməkdən imtina edib

Zelenski Rusiya-ABŞ danışıqlarından sonra Ər-Riyada getməkdən imtina edib
  18 Fevral 2025    Oxunub:774
Ukrayna Prezidenti Volodimir Zelenskinin fevralın 19-a planlaşdırılan Səudiyyə Ərəbistanına səfəri mart ayına qədər təxirə salınıb.

AzVision.az TSN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özü məlumat verib.

O, buna səbəb kimi Rusiya və ABŞ arasında Ər-Riyadda baş tutan danışıqları göstərib.

"Bizi Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında keçiriləcək görüşə dəvət etmədilər. Bu, bizim üçün gözlənilməz oldu. Ona görə də sabah Səudiyyə Ərəbistanına getməyəcəyəm", - Zelenski bildirib.

Qeyd olunur ki, bu səfər onun Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfərlərini də əhatə edən diplomatik turunun bir hissəsi olmalı idi.

AzVision.az



Teqlər:





Xəbər lenti