Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
![Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq](https://azvision.az/photos/2025/02/qarli-baki-bu-gun-(17)-1739961451.jpg)
Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan 22-si səhərədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.
AzVision.az
Teqlər: