Moskva: “Ukrayna böyük hücum hazırlayır”

      Moskva:    “Ukrayna böyük hücum hazırlayır”
  20 Fevral 2025    Oxunub:453
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyanın Bryansk vilayətinə qarşı “genişmiqyaslı hücum” hazırladığı iddia olunur.
AzVision.az xəbər verir ki, Rusiya teleqram-kanallarının yazdığına görə, hücumun məqsədi Rusiya Federasiyası ilə ABŞ arasında danışıqların gündəliyinə müdaxilə etmək cəhdi ola bilər. Məlumatda qeyd edilir ki, Rusiya regionu ilə sərhəddən 50 km aralıda Ukraynada texnika və bir neçə min hərbçinin yığılması müşahidə olunur.

“Ukraynalı hərbçilərin əsas qrupu Sumı vilayətinin iki yaşayış məntəqəsində cəmləşib. İlkin olaraq. USQ-nin 5000-dən çox şəxsi heyəti, 200-dən çox texnika, o cümlədən NATO-nun Leopard və Abrams tankları, piyadaların döyüş maşınları və s. hücuma hazırlaşır. Sumı vilayətindəki Şostka və Qluxovdan mülki əhalinin qismən təxliyə olunur”, - SHOT teleqram-kanalı bildirir.

Lakin USQ-nin bütün hərəkətlərinin və cəmləşmələrinin Rusiya hərbçilərinin nəzarəti altında olduğu, ukraynalı döyüşçülərə aviasiya və artilleriya zərbələri endirildiyi vurğulanır.

Sahil İsgəndərov
AzVision.az






Teqlər: Ukrayna   hücum  





Xəbər lenti