Avtobuslar adi qrafik və sxem üzrə iş rejiminə qayıdır

   Avtobuslar adi qrafik və sxem üzrə iş rejiminə qayıdır
  22 Fevral 2025    Oxunub:455
Bu gün avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirəcək. Ötən gün təhlükəsizlik məqsədilə avtobusların fəaliyyətinə tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.
AzVision.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində çalışır.

AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar avtobusların fəaliyyətində məhdudiyyətlər ola bilər. Sərnişinlərdən müvəqqəti məhdudiyyətləri anlayışla qəbul etməsi xahiş olunur.

AzVision.az


Teqlər: avtobuslar     adi  





Xəbər lenti