Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb

Ukrayna dövlətinin başçısı Avropa liderlərini Rusiyaya təzyiqləri azaltmamağa çağırıb.
“Rusiya öz qoşunlarını torpaqlarımızdan çıxarmağa və təcavüz nəticəsində dəyən zərəri kompensasiya etməyə başlayana qədər sanksiyalar qüvvədə qalmalıdır. Mən sizi sanksiyaları pozan sxemlərə və Rusiyanın hərbi əməliyyatlarını maliyyələşdirmək cəhdlərinə qarşı mübarizəni davam etdirməyə çağırıram”, - deyə Zelenski əlavə edib.
Prezident qeyd edib ki, müharibənin dayandırılması üçün diplomatik səylərin davam etdirilməsi Rusiyaya təzyiqlərin azaldıla biləcəyi anlamına gəlmir.
AzVision.az
Teqlər: