Çin Trampın və Putinin səylərini dəstəkləyir

   Çin Trampın və Putinin səylərini dəstəkləyir
  19 Mart 2025    Oxunub:556
Pekin Ukraynada atəşkəsin yaradılmasına töhfə verən bütün səyləri alqışlayır.
AzVision.az xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mao Nin keçirdiyi brifinqdə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutmuş telefon danışığını şərh edərkən belə deyib.

“Biz atəşkəsə gətirib çıxaran bütün səyləri alqışlayırıq və inanırıq ki, bu, sülhə nail olmaq üçün zəruri addımdır. Çin münaqişənin lap əvvəlindən böhranın dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarı olub”, - çinli məmur vurğulayıb.

“Aİ Ukrayna üzrə danışıqlar masasında yer alacaq” - Bloomberg
Xatırladaq ki, dünən Vladimir Putin və Donald Tramp arasında aparılan telefon danışığı onların Ukrayna münaqişəsi ilə bağlı əsas razılaşmaların əldə olunması üçün birgə cəhdinə çevrilib. Dialoq zamanı xüsusilə atəşkəs rejiminin yaradılması məsələsinə toxunulub. Danışıqlar nəticəsində Moskva enerji obyektlərinə hücumların qarşılıqlı şəkildə 30 günlük dayandırılmasına razılıq verib və rusiyalı hərbçilər bu barədə artıq müvafiq göstəriş alıblar.

ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff iki lider arasında aparılan danışıqlardan sonra Ukrayna ilə atəşkəs razılaşmasının detallarını müzakirə etmək üçün martın 23-də Vaşinqton və Moskvanın nümayəndə heyətlərinin yenidən Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşəcəklərin açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   Rusiya   ABŞ  





Xəbər lenti