Novruzu Qarabağda qeyd etmək istəyənlərin diqqətinə!

   Novruzu Qarabağda qeyd etmək istəyənlərin diqqətinə!
  20 Mart 2025    Oxunub:558
Daxili İşlər Nazirliyi bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib.
AzVision.az həmin müraciəti təqdim edir:

"Novruz bayramını doğma diyarlarımızda - Qarabağda qeyd etmək istəyən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərədir müraciətimiz. Əziz və dəyərli vətəndaşlar, ölkəmizin xarici qonaqları! Bayramınızın şən əhvali-ruhiyyədə, əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyinizi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəklər.

Lakin siz də üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa, sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq. Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobili ilə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz.

Müvəqqəti polis postlarında sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir.

Əraziyə spirtli içki, tezalışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir.

Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Ağdərədə və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin, bu xüsusi günlərdə hərzamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək!".

AzVision.az



Teqlər:





Xəbər lenti