Honq Konq şirkəti Pekini hiddətləndirib

   Honq Konq şirkəti Pekini hiddətləndirib
  19 Mart 2025    Oxunub:592
Çinin sədri Si Cinpin Panama Kanalı limanlarının sahib olan Honq Konq şirkətinin öz aktivlərini amerikalı investorlara satmaq niyyətindən qəzəblənib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, Pekin Panama kanalı məsələsini Vaşinqtonla gələcək danışıqlarda özünün kozır kartı hesab edirdi. Onların fikrincə, Çin rəsmiləri sövdələşməyə necə müdaxilə edə biləcəklərini öyrənəcəklər, lakin Pekinin bunun üçün real alətləri yoxdur.

“Panama Kanalı kontekstində Çin aktivləri 1997-ci ildən kanalın girişində yerləşən Balboa və Kristobal - iki əsas limanı idarə edən Honq Konqun “CK Hutchison Holdings” şirkətinin fəaliyyəti ilə əlaqələndirilir. Kanalın özü Panama dövlətinə məxsus olan Panama Kanalı İdarəsinin nəzarəti altında qalsa da, bu limanlar logistikada mühüm rol oynayır”, - qəzet bildirir.

Çin Panamada iqtisadi iştirakını artıraraq, “bir kəmər və bir yol” təşəbbüsünün bir hissəsi kimi regionda infrastruktur investisiyaları da təklif edib. Lakin Çinin kanalın özünə birbaşa nəzarəti yoxdur.

Panama Trampın tələbi ilə razılaşıb?
Xatırladaq ki, Donald Tramp dəfələrlə Panama kanalını Amerika iqtisadiyyatı və təhlükəsizliyi üçün strateji əhəmiyyətli aktiv hesab edərək, onu ABŞ-nin təsirinə qaytarmaq arzusunda olduğunu bildirib. ABŞ gəmiləri üçün yüksək tarifləri tənqid atəşinə tutan Tramp limanları idarə edən Honq-Konq şirkətinə görə kanalın Çin tərəfindən “tutulduğunu” deyib.

Məhz Donald Trampın təzyiqi altında 2025-ci ildə “CK Hutchison” öz liman aktivlərini “BlackRock” investisiya şirkətinin rəhbərlik etdiyi ABŞ konsorsiumuna 22,8 milyard dollara satmağa razılaşdı və Tramp bunu ABŞ-nin nəzarətini “geri qaytarmaq” adlandırdı. Panama isə kanal üzərində öz suverenliyində israr edir və onun digərinə ötürülməsi ilə bağlı hər hansı iddianı rədd edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Panama   Çin   hiddət  





Xəbər lenti