ABŞ yüzlərlə hərbçisini Suriyadan çıxarır

   ABŞ yüzlərlə hərbçisini Suriyadan çıxarır
  18 Aprel 2025    Oxunub:699
Amerika öZ hərbi qulluqçularını Suriyanın şimal-şərqindən çıxarmağa başlayıb.
AzVision.az xəbər verir ki, iki yüksək rütbəli amerikalı məmura istinad edən “The New York Times (NYT)” nəşrinin yazdığına görə, ABŞ ordusu Suriyanın şimal-şərqindəki səkkiz əməliyyat bazasından üçünü bağlayır və bu ölkədəki hərbçilərinin sayını 2000-dən 1400-ə endirir. Söhbət, o cümlədən, “Mission Support Site Green Village” və “M.S.S. Euphrates” bazalarından gedir.

“60 gün ərzində Amerika komandanlığı hərbi kontingentin daha da ixtisarının məqsədəuyğunluğunu nəzərdən keçirəcək. Komandanlıq Suriyada ən azı 500 ABŞ əsgərinin saxlanmasını tövsiyə edib”, - qəzetə açıqlamalarında mənbələr deyiblər.

“NYT” qeyd edir ki, prezident Donald Tramp Suriyada hər hansı amerikalı qoşunların qalmasına skeptik yanaşır.

Bundan əvvəl İsrailin “Ynet” portalı ABŞ hakimiyyətinin qoşunların Suriyadan tezliklə çıxarılması barədə Tel-Əvivi məlumatlandırdığını yazmışdı.

- İsrail bu ssenarinin qarşısını almağa çalışıb, lakin amerikalı həmkarlarını mövqelərini dəyişməyə inandıra bilməyib”, - həmin məlumatda vurğulanırdı.

Tramp İsarailin İranı vurmasına icazə verməyib
Yeri gəlmişkən, “NYT” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Tehranla danışıqlar səsəbindən İsrailin baş naziri Binyamin Netanyahunun may ayında İranın nüvə obyektlərinə zərbələr endirmək planlarını dəstəkləməyib. Çünki Binyamin Netanyahu ABŞ prezidentini bu addımın məqsədəuyğun olduğuna inandıra bilməyib.

“NBC News” telekanalı, öz növbəsində, hələ fevral ayında Pentaqonun 30, 60 və 90 gün ərzində Suriyadan Amerika qoşunlarını çıxarmaq planlarını hazırladığını xəbər vermişdi. Onda ABŞ-nin Müdafiə nazirliyi əməliyyat ehtiyacları və gözlənilməz vəziyyətlər əsasında qüvvələrinin yerini mütəmadi olaraq dəyişdirdiyini açıqlamışdı.

Xatırladaq ki, Suriyada ABŞ-nin 10-dan çox hərbi bazası var. Pentaqonun iddiasına görə, onların missiyası İslam Dövləti (İŞİD) ilə mübarizə aparmaqdır. Vaşinqton, həmçinin Suriya kürdlərindən (Türkiyədə terrorçu PKK-nın Suriya qanadı kimi tanınır) təşkil edən Suriya Demokratik Qüvvələri (SDQ) adlanan qrupları da dəstəkləyir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   ABŞ   Suriya   bazalar  





Xəbər lenti