Türkiyə gəmiyə hücumu pisləyib

Türkiyə gəmiyə hücumu pisləyib
  02 May 2025    Oxunub:720
Türkiyə Malta sahillərində beynəlxalq sularda Azadlıq Donanması Koalisiyasına məxsus “Conscience” adlı gəmiyə edilən hücumu pisləyib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçelinin açıqlamasında deyilir.

O, hücum anında gəmidə Türkiyə vətəndaşlarının da olduğunu əlavə edib.

“Gəmidə olan heyət və sərnişinlərin səhhətinin yaxşı olduğu məlum olub. Vətəndaşlarımızın təhlükəsiz yerə köçürülməsi üçün Maltanın səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində lazımi işlər aparılır. Biz beynəlxalq sularda hərəkət etmə azadlığını və dəniz təhlükəsizliyini təhdid edən bu hücumu qəti şəkildə pisləyirik”, - deyə Ö. Keçeli qeyd edib

XİN sözçüsü gəminin İsrail pilotsuz uçuş aparatları tərəfindən hədəf alındığına dair iddiaların olduğunu vurğulayıb: “Hücumun təfərrüatlarının ən qısa zamanda üzə çıxarılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi səylər göstəriləcək”.


Teqlər: Türkiyə   İsrail  





Xəbər lenti