Amerika şəxsi yazışmaları izləmək istəyir

Amerika şəxsi yazışmaları izləmək istəyir
  23 Aprel 2013    Oxunub:1527
ABŞ Nümayəndələr Palatası hökumətin internet istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək haqqında qanun layihəsini dəstəkləyir.
Nümayəndələr Palatası istifadəçilərin sosial şəbəkələr və digər saytlardakı şəxsi məlumatlarını əldə etmək haqqında mübahisəli qanun qəbul edib.

CISPA (Cyber Intelligence Sharing and Protection Act) qanun layihəsi internet istifadəçilərinin azadlığı məsələsinə toxunan qanunlardan biridir. CISPA –nın mahiyyəti ondan ibarətdir ki, Google, Facebook, və s. kimi özəl şirkətlər təhlükə barədə bir-birinə, habelə dövlət orqanlarına məlumat ötürsünlər.

CISPA-nın tətbiqi nəticəsində ABŞ şirkətləri ilə dövlət orqanları arasında kiber təhdidlər barədə məlumat mübadiləsi apara biləcəyin ümid edilir. 2012-ci ilin aprel ayında qanun layihəsi artıq Nümayəndələr Palatası tərəfindən təsdiq edilmiş, lakin Ağ Evin istifadəçi məlumatlarının təhlükəsizliyini təhdid edildiyini düşünərək, qanuna veto qoyub.

İndi qanun layihəsi Senatda təsdiq olunmalı və prezident Barak Obama tərəfindən imzalanmalıdır.



Teqlər:





Xəbər lenti