`Qara dəlik`lər bir-birilə əlaqədədir – ELMİ KƏŞF

`Qara dəlik`lər bir-birilə əlaqədədir – ELMİ KƏŞF
  25 Noyabr 2014    Oxunub:3674
`Qara dəlik`lər – kainatdakı ən sirli obyektlərdən sayılırlar. Bu yaxınlarda astronomların yeni kəşfi həmin sirri bir qədər də artırıb. Məlum olub ki, Qara Dəliklər bir-biri ilə əlaqədədirlər.

Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, Çilidəki superteleskopla aparılan müşahidələr bu qənaətə gəlməyə əsas verib. Rəsədxanada çalışan avropalı alimlər müəyyən ediblər ki, fövqəlböyük qara dəliyin fırlanma oxu başqa kvazarlarla paralel yerləşir. (Kvazar – mərkəzində aktiv Qara Dəlik yerləşən qalaktikalara deyilir. Onlar başqa qalaktikalardan qat-qat parlaq olurlar).

Belçikanın Lyej Universitetindən Demien Hatsemekersin rəhbərlik etdiyi alimlər qrupu bir-birindın milyardlarla işıq ili aralıda yerləşən 93 kvazarı öyrəniblər. “Aradakı nəhəng məsafələrə baxmayaraq, sanki onların hamısının fırlanma oxu bir-biri ilə əlaqəlidir”,- deyə Hatsemekers bildirib. Onun fikrincə, “qara dəliklər” sanki kainatı əhatə edən, milyardlarla işıq ili boyunca uzanan nəhəng bir şəbəkə əmələ gətirir.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti